İyulun 17-də Buxarestdə yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçiriləcək.
LEQAL.AZ xəbər verir ki, turnirdə oğlanlar arasında 7, qızların yarışında 5 cüdoçumuz iştirak edəcək.
Rüfət Aydınov (60 kq), Qədir Hüseynov, Vüsal Qələndərzadə (hər ikisi 66 kq), Toğrul İbrahimov, Süleyman Əliyev (hər ikisi 73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) mübarizə aparacaq.
Qızlar arasında isə Xumar Qasımzadə (40 kq), Fəridə Mirzəyeva (44 kq), Aydan Vəliyeva, Nəzrin Adnayeva (48 kq) və Rita Əliyeva (57 kq) güclərini sınayacaqlar.