AVRO-2020: İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı

AVRO-2020: İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı
  • İdman / Maraqlı

  • Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

    LEQAL.AZ-ın  məlumatına görə, qarşılaşmalar Danimarka və Rumıniyada olacaq.

    Günün ilk matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki "Parken" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

    Günün son matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki "Milli Arena"da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibi 1/4 finalda rəqib olacaqlar.

    28 iyun

    Avropa çempionatı

    1/8 final mərhələsi

    20:00. Xorvatiya - İspaniya


    Baş hakim: Cüneyt Çakır (Türkiyə)

    Kopenhagen, "Parken" stadionu

    23:00. Fransa - İsveçrə

    Baş hakim: Fernando Rapallini (Argentina)

    Buxarest, "Milli Arena" stadionu
    PAYLAŞ:

    Oxşar xəbərlər