Aprelin 22-si Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Uğurlu insan modeli” mövzusunda onlayn seminar keçirildi.
Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, psixoloq Gülnar Yusifova daxili və xarici motivasiyadan, "aktiv mən" anlayışından bəhs etdi.
Qeyd etdi ki, uğur qazanmaq üçün özümüzə kiçik hədəflər qoymalı, daxili aləmimizi daha yaxından tanımalı, səhvlərimizi təhlil edib başqa hansı problemlərlə qarşılaşa biləcəyimizi analiz etməliyik.
Seminarın sonunda könüllüləri maraqlandıran suallar cavablandırıldı.