Onlayn Avropa kubokunda “Odlar yurdu” və “Gənclik” komandaları liderliyə yüksəliblər

Onlayn Avropa kubokunda “Odlar yurdu” və “Gənclik” komandaları liderliyə yüksəliblər
  • İdman

  • Klublar arasında start götürən onlayn Avropa kubokunda şahmatçılarımız təsnifat mərhələsinin 4 turunda mübarizə aparıblar.

    LEQAL.AZ xəbər verir ki, yarışda Azərbaycanı 5 komanda - “Odlar Yurdu”, “Vüqar Həşimov”, “Təhsil idman”, “Gənclik” və “Nakhchivan - Noah's Land” komandaları təmsil edir. Komandalarımızdan E qrupunda mübarizə aparan “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) 13,5 xalla birinci pillədədir. Aktivində 14,5 xal olan daha bir komandamız - “Gənclik” (Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov, Cahandar Azadəliyev) isə D qrupunda liderliyini davam etdirir.

    Digər komandalarımız - “Vüqar Həşimov” (Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov) H qrupunda 8 xal, “Təhsil idman” (Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli) I qrupunda 11 xal, “Nakhchivan - Noah's Land” (Urfan Semdimalıyev, Talıb Babayev, Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov və Sadiq Qarayev) G qrupunda 5,5 xal toplayıblar.

    Bu gün təsnifat mərhələsinin son 5 turunun oyunları baş tutacaq. Yarış dairəvi sistemlə keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər