Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Azərbaycan-Qətər oyunun birinci hissəsi başa çatıb.
LEQAL.AZ xəbər verir ki, ilk hissədən sonra hesab 1:0 millimizin xeyrinə başa çatıb. Matçın 16-ci dəqiqəsində millimizin hücumçusu Ramil Şeydayev rəqibin qapısına yol tapıb. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.