Azərbaycan-Yunanıstan matçının hakimləri müəyyənləşib

Azərbaycan-Yunanıstan matçının hakimləri müəyyənləşib
  • İdman

  • Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakı İdman Sarayında Yunanıstan yığma komandasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər açıqlanıb.

    LEQAL.AZ AFFA-ya istinadla xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər idarə edəcəklər.

    Yarışın baş hakimi Yaroslav Vovçhok olacaq. Ona həmyerlisi Yevhen Hordienko kömək edəcək. Üçüncü hakim Azərbaycan Futzal Federasiyasının (AFF) nümayəndəsi Knyaz Əmiraslanov olacaq. Saniyəölçən AFF-nin nümayəndəsi Hikmət Qafarlıdır. Matçın hakim-inspektoru Andreas Demetriou (Kipr) olacaq.

    Azərbaycan-Yunanıstan matçı aprelin 14-də təşkil olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər