UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı oyunçusu seçilib

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı oyunçusu seçilib
  • İdman

  • Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

    LEQAL.AZ xəbər verir ki, bu ada azarkeşlər arasında aparılan səsvermə nəticəsində Dortmundun “Borussiya” klubunun futbolçusu Erlinq Haaland layiq görülüb.

    Norveçli hücumçu komandasının doğma divarlar arasında İspaniyanın “Sevilya” klubu ilə 2:2 hesablı heç-heçə etdiyi görüşdə dubl edib. O, səsvermədə “Portu” komandasının futbolçusu Serjiu Oliveyranı, “Liverpul” klubundan Fabinyonu və “Paris Sen-Jermen”in qapıçısı Keylor Navası qabaqlayıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər