Bu gün keçiriləcək futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun matçları təxirə salınmayacaq.
LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, dörd matçın keçiriləcəyi stadionlar tam hazır vəziyyətə gətirilib.
“Qəbələ” – “Sumqayıt” matçı üçün Qəbələ şəhər stadionunun, “Zirə” – “Neftçi” oyunu üçün Zirə İdman Kompleksinin stadionunun, “Sabah” – “Keşlə” görüşü üçün “Bank Respublika Arena”nın (Masazır qəsəbəsi) və “Qarabağ” – “Səbail” qarşılaşması üçün “Azərsun Arena”nın (Suraxanı qəsəbəsi) meydançaları futbol üçün oynamaq üçün hazırdır.
Stadionlardan dünən yağan qarın təmizlənməsi prosesini təqdim edirik: