“Böyük dəbilqə” turnirində iştirak edəcək cüdo millimizin heyətində dəyişiklik edilib

“Böyük dəbilqə” turnirində iştirak edəcək cüdo millimizin heyətində dəyişiklik edilib
  • İdman

  • Fevralın 18-20-də Təl-Əvivdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycanın komandasının heyətində dəyişiklik edilib.

    LEQAL.AZ
    xəbər verir ki, əvvəlcə yarışda iştirakı nəzərdə tutulan Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) heyətdən çıxarılıb. Bununla belə, yarışa qatılacaq komandamızın heyətində kişilər arasında Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) Uşangi Kokauri, Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

    Yarışda indiyədək 51 ölkədən 242 cüdoçu iştirakını təsdiqləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər