Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
Leqal.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstan ilə üz-üzə gələcək.
B Liqasının I qrupunun oyunu Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Baş hakim ingiltərəli Kirsti Doul olacaq.
Qrupun digər matçında Türkiyə İsveçrənin qonağı olacaq. Bu görüş saat 21:00-da start götürəcək.
//report