Türkiyənin "Qalatasaray" klubunda norveçli futbolçu satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, İstanbul təmsilçisi Fredrik Midtsyönü "Pendikspor"a satıb.
Son Türkiyə çempionu norveçli yarımmüdafiəçinin satışından 3 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, "Qalatasaray" 3o yaşlı Fredrik Midtsyönü ötən ilin yayında "AZ Alkmar"dan transfer etmişdi. O, 28 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.