Azərbaycan yığmasının hücumçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda mövsümdə ilk qolunu vurub.
Leqal.az xəbər verir ki, o, komandasının səfərdə “İstra”ya qarşı keçirdiyi qarşılaşmanın 57-ci dəqiqəsində fərqlənib.
Emreli hesabı 2:0 edib. Bundan başqa forvard matçın 6-cı dəqiqəsində vurulan ilk qolun da ötürməsini verib.
Qeyd edək ki, hazırda davam edən oyunda “Dinamo” 3:0-lıq üstünlüyə malikdir.
qafqazinfo