APL-də 2022/2023 mövsümünə yekun vurulub: “Qarabağ” son oyununda qələbə qazanıb

APL-də 2022/2023 mövsümünə yekun vurulub: “Qarabağ” son oyununda qələbə qazanıb
  • İdman

  • Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünə yekun vurulub.

    Son oyun günündə iki matç keçirilib. Əvvəlcə "Neftçi" öz meydanında "Sabah"ı qəbul edib. Matç "ağ-qaralar"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

    Yeganə qolu qarşılaşmanın 9-cu dəqiqəsində Emin Mahmudov vurub. Mövsümün son oyunu isə "Azersun Arena"da keçirilib. Orada çempion "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Bu qarşılaşmada Ağdam klubu qələbəyə sevinib - 3:1.

    "Atlılar"ın qollarını Redon Cica, Leandro Andrade və Musa Qurbanlı vurublar. Tovuz təmsilçisinin heyətində Runi Eva fərqlənib. Yekunda "Qarabağ" 90 xalla ölkənin ən güclüsü olub və Çempionlar Liqasında iştirak hüququ qazanıb.
    "Sabah" 81 xalla 2-ci yeri tutub. 68 xalla "Neftçi" 3-cü olub. Hər iki komanda və 4-cü pilləni sahibi "Qəbələ" UEFA Avropa Konfrans Liqasında iştirak etmək hüququ qazanıb. "Şamaxı" isə çempionatı sonuncu - 10-cu pillədə başa vurub və elita ilə vidalaşıb. Komanda növbəti mövsüm I Divizionda mübarizə aparacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər