"Əvvəlcə Azərbaycana qalib gəlməliyik"

"Əvvəlcə Azərbaycana qalib gəlməliyik"
  • İdman

  • "Portuqaliya ilə Lissabondakı matça hələ çox var. Biz hələlik yalnız özümüz haqqında düşünməliyik".

    LEQAL.AZ xəbər verir ki, bunu Serbiya millisinin futbolçusu Aleksandar Mitroviç Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından öncə mətbuat konfransında deyib.

    İngiltərə "Fulhem"ində çıxış edən 27 yaşlı hücumçu bildirib ki, hazırda əsas diqqətləri qarşıdakı iki görüşdədir: "Əvvəlcə Lüksemburq və Azərbaycana qalib gəlməliyik. Bundan sonra əminliklə Lissabona getmək və onlarla oynamaq olar. Belə oyunlar üçün bizə xüsusi motivasiya lazım deyil".

    Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək./unikal.org 
    PAYLAŞ:

    Oxşar xəbərlər