Məşqçi Yusif Əliyev şəhid tələbəsinin xatirəsinə həsr olunmuş turnir keçirdib

Məşqçi Yusif Əliyev şəhid tələbəsinin xatirəsinə həsr olunmuş turnir keçirdib
  • İdman

  • Vətən müharibəsi şəhidi Mustafayev Nicat Bəkir oğlunun xatirəsinə həsr olunmuş turnir keçirilib.

    Şəhidin xatirəsinə həsr olunmuş turnirdə Vətən müharibəsinin qazi qardaşlarda iştirak edib.

    Burada məqsəd onların xatirəsini yad etmək, şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

    Mustafayev Nicat Bəkir oğlu Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı Hamamlı rayonu Qursalı kəndindəndir. O, Qarabağ uğrunda gedən Vətən müharibəsində Qəhrəmancasına şəhid olmuşdur.

    Onuda qeyd edək ki, Turnirin keçirilməsində şəhidimizin idman müəllimi məşqçi, Yusif Əliyevin dəstəyi ilə olmuşdur.

    Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

    Ruhları şad olsun!


    LEQAL.AZ 

    PAYLAŞ:

    Oxşar xəbərlər