Koronavirusa yoluxan keçmiş hərbçi özünü

Koronavirusa yoluxan keçmiş hərbçi özünü
  • Hadisə

  • Koronavirusa yoluxan hərbi təqaüdçü, Moskva bölgəsindəki mənzilində güllə yarası ilə ölü tapılıb.

    LEQAL.AZ  Rusiya mediasına istinadən xəbər verir ki, bir gün əvvəl yaşlı kişi xəstəliyinə görə qeyri-adi ağırlaşmalardan - dözülməz baş ağrılarından qohumlarına şikayət edib.


    Ehtiyatda olan 89 yaşlı mayor 83 yaşlı həyat yoldaşı, qızı və kürəkəni ilə ikiotaqlı mənzildə yaşayırdı. Ailənin bütün üzvləri təxminən bir həftə əvvəl koronavirusa yoluxublar. Virus, təqaüdçü yaşlıların sağlamlığına xüsusilə ağır zərbə vurub. 

    Faciə səhər saatlarında baş verib. Pensiyaçının qızı əri ilə poliklinikaya gedib. Həyat yoldaşı mətbəxdə olub, bu zaman ərinin otağından səs gəlsə də, dərghal əhəmiyyət verməyib. 

    Hadisə yerinə gələn polis məmurları, təqaüdçünün mənzilində tapança tapıblar. 

    PAYLAŞ:

    Oxşar xəbərlər