Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqla

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqla
  • Hadisə

  • Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb.

    LEQAL.AZ-ın məlumatına görə, hadisə “Miraj” restoranının ərazisində baş verib.

    Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

    İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

    Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.

    Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./modern
    PAYLAŞ:

    Oxşar xəbərlər