Yevlax şəhərində yolu keçərkən vurulan piyada ölüb

Yevlax şəhərində yolu keçərkən vurulan piyada ölüb
  • Hadisə

  • Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, iyunun 30-da saat 21 radələrində Yevlax şəhər sakini Ülviyyə Məmmədova yolu keçərkən həmyerlisi M.Yusifovun idarə etdiyi “Chevrolet” markalı avtomobillə vurulub.

    Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə ilə bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər