Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Eyvazov polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış tapança, içərisində 8 patron olan sandıqça aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.