Xəbər verdiyimi kimi, ailə münaqişəsi zəminində Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1987-ci il təvəllüdlü Zaidov Fuad Ərzulla oğlu qayını Yolçubəyli kənd sakini, 1971-ci il təvəllüdlü Mirmövsümov Mirqiyas Mirheydər oğlunu ov tüfəngi ilə güllələyib.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, sonuncu çoxsaylı qırma yaraları ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
M.Mirmövsümovun həytat yoldaşı hazırda Rusiyada yaşayır.
Yaralanan şəxsin qardaşının bildirdiyinə görə, Mirqiyasın həyat yoldaşı və qaynı qardaşına məxsus var dövlətə sahib çıxmaq istəyib. Mirqiyasın Moskvada yaşayan həyat yoldaşı qardaşına ərinin öldürülməsi sifarişini verib. Sonuncu dəfə də Mirqiyasla qaynı Fuad arasında pul üstündə mübahisələri düşüb və nəticədə Fuad qaynını güllələyib.
Hadisəni törədən Fuad Zaidov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
****
21:38
Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1970-ci il təvəllüdlü Mirmövsümov Mirqiyas Mirheydər oğlu qaynı, 1971-ci il təvəllüdlü Zaidov Fuad Ərzulla oğlu tərəfindən odlu silahla güllələnib.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, yaralı Şirvan xəstəxanasında əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.