Goranboyda sürücü törətdiyi qəzada öldü

Goranboyda sürücü törətdiyi qəzada öldü
  • Hadisə

  • Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

    LEQAL.AZ  report-a istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

    "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

    Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər