Bakıda ər və arvad bir-birini bıçaqlayıb.
LEQAL.AZ-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır./report