Bakıda 41 yaşlı kişi bıçaqlandı

Bakıda 41 yaşlı kişi bıçaqlandı
  • Hadisə

  • Bakıda bıçaqlanma hadisəsi baş verib.

    LEQAL.AZ- report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

    1980-ci il təvəllüdlü Şəfiyev Əziz Yaşar oğlu “İnşaatçılar” metrostansiyasının yaxınlığında mübahisə zəminində bıçaqlanıb.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qabırğa nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin təfərrüatı araşdırılır.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər