Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
LEQAL.AZ "report"a, istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1997-cı il təvəllüdlü Astanlı Aytac Dilavər qızı yaşadığı evin həyətində olan tövlədə özünü asıb.
Mərhum ailəli olub, bir övladı var.
Faktla bağlı araşdırma aparılır.