Rusiyada təhlükəsizlik qüvvələrinə müqavimət göstərən terrorçu öldürülüb

Rusiyada təhlükəsizlik qüvvələrinə müqavimət göstərən terrorçu öldürülüb
  • Hadisə

  • Rusiyanın Simferopol bölgəsində Federal Təhlükəsizlik Bürosunun (FTB) Krım şöbəsi üzrə əməkdaşları tərəfindən beynəlxalq axtarışda olan terror təşkilatlarının üzvü zərəsizləşdirilib.

    LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə FTB-nin mətbuat xidməti məlumat yayıb.

    FTB və Milli Qvardiyanın xüsusi təyinatlı dəstələrinin birgə həyata keçirdiyi əməliyyat zamanı terrorçu silahlı müqavimət göstərib. Bu zaman qarşı tərəfin cavab atəşi ilə o öldürülüb.

    Hadisə ilə bağlı təcili istintaq hərəkətləri başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər