Türkiyənin Diyarbəkir şəhərində dəhşətli qətl hadisəsi baş verib.
LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, 7 uşaq atası E.K adlı şəxs doğma əmisi qızını və onun anasını ov tüfəngi ilə güllələyib. Belə ki, cani şəxs 16 yaşlı əmisi qızı ilə evlənmək istədiyini bildirib. Yeniyetmə qız və ailəsi bu izdivaca razı olmayanda E.K adlı şəxs onları öldürcəyini deyib. Zorla əmisi qızını qaçırmaq istəyən şəxs ailə tərəfindən polislə hədələnib.
Bundan sonra o, ov tüfəngi ilə 16 yaşlı qızı və onun anasını güllələyərək, öldürüb. E.K polis tərəfindən saxlanılıb. Onun barəsində qətimkan tədbiri seçilib.