Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib

Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib
  • Hadisə

  • Mayın 1-də səhər saat 5 radələrində Nərimanov rayonunun Ş.İ.Xətai prospektində Bakı şəhər sakini Ş.Mərdanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Əliquliyevi vuraraq hadisə yerini tərk edib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü avtomobillə birgə saxlanılıb.

    Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər