Rusiyanın İvanov vilayətində dəmir yolu keçidində faciə baş verib.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, hadisə axşamı saatlarında Kineşma şəhərinin Vinoqradov küçəsindəki dəmiryolu stansiyasında qeydə alınıb.
Şəhər sakini qatarın altında qalaraq ölüb.
Şahidlərin ifadəsinə görə, relslərin üzərində gəzən kişi irəliləyən qatarın xəbərdarlıq siqnalına məhəl qoymayıb. Bu zaman qatar onun üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
LEQAL.AZ