Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilir.
LEQAL.AZ xəbər verir ki, bu barədə BAKU.WS-in bölgə müxbiri məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.
Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb.