İstanbulun Başakşehir rayonunda silahlı qruplar arasında baş verən atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
LEQAL.AZ xəbər verir ki, məlumatı yerli KİV yayıb.
Bildirilib ki, ölənlərdən biri Azərbaycan, ikisi isə Rusiya vətəndaşıdır. Daha bir nəfər yaralanıb.
Məlumata görə, Başakşehir rayonun Bahçeşehir hissəsində martın 31-də yerli vaxtla saat 18 radələrində 6 xarici ölkə vətəndaşı arasında baş verən mübahisə sonradan atışma ilə nəticələnib. Nəticədə Rusiya vətəndaşları olan çeçen Z.N. və K.Y. güllə yarasından ölüblər. Azərbaycan əsilli R.R. yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada aldığı yaradan ölüb. M.Y. adlı yaralının isə vəziyyəti ağırdır.
Bildirilib ki, hadisə alış-verişlə bağlı mübahisədən sonra baş verib. Yaralının sözlərinə görə, onunla birlikdə Gürcüstanın 3 vətəndaşı da olub. Ancaq onlar hadisə yerindən qaçıblar. Polis həmin şübhəliləri axtarır.
Bölgədəki sakinlər hadisəni telefonla çəkiblər.
report