Abşeron rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bu barədə LEQAL.AZ-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.