Balakən rayonunda mebel sexi kimi fəaliyyət göstərən, ümumi sahəsi 2100 kvadratmetr olan birmərtəbəli tikilinin dam örtüyü yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.