Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.
Bu barədə LEQAL.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif xəsarətlərlə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.