Tatarıstanlı qanuni oğru həbs edildi

Tatarıstanlı qanuni oğru həbs edildi
  • Hadisə

  • Kazan rayon məhkəməsi Tatarıstanın kriminal aləmində ən yüksək mövqe tutduğu bildirilən Sergey Neyderovun iki ay müddətinə həbs olunması barədə qərar qəbul edib.

    “RİA Novosti” xəbər verir ki, Tatarıstan DİN-in məlumatına görə, 59 yaşlı Neyderov dəfələrlə quldurluq, sənədlərin saxtalaşdırılması və xuliqanlıq səbəbindən həbs olunub. O, 2015-ci ildə keçirilən qanuni oğruların iclasında respublika üzrə “vəziyyətə baxan” şəxs seçilib.

    Hazırda Tatarıstanın hüquq-mühafizə orqanları qanuni oğrunun fəaliyyəti ilə bağlı araşdırma aparır.
    PAYLAŞ:

    Oxşar xəbərlər