ABŞ-da atışma zamanı biri polis olmaqla 6 nəfər öldürülüb

ABŞ-da atışma zamanı biri polis olmaqla 6 nəfər öldürülüb
  • Hadisə

  • ABŞ-ın Kolorado ştatının Boulder şəhərində atışma olub. Hadisə nəticəsində altı nəfər öldürülüb. Onlardan biri polis əməkdaşıdır.

    LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

    Yerli polisin “Twitter” səhifəsində yer alan məlumatda bildirilir ki, hadisə supermarketdə baş verib. Polis sakinləri hadisə yerinə yaxınlaşmamağa çağırıb.

    İnsidentin digət təfərrüatları barədə məlumat verilməsə də, yerli KİV hadisəni törədən şəxsin saxlanıldığını bildirir. “ABC” telekanalının məlumatına görə, polis əməkdaşları supermarketdən əli-qolu qandallı bir nəfəri çıxararaq tibbi işçilərinə təhvil veriblər. Onun yaralandığı deyilir.

    Ancaq silahlı insidentin həqiqətən də həmin şəxs tərəfindən törədildiyi hələlik təsdiqlənməyib.

    Atışmanın olduğu ərazidə polis əməkdaşları araşdırmalar aparır.
    PAYLAŞ:

    Oxşar xəbərlər