Almaniya bundestaqının hakim “Xristian-demokratik ittifaq” partiyasından deputatı Karin Ştrents Kubadan ölkəsinə uçarkən təyyarədə keçinib.
LEQAL.AZ alman KİV-lərinə istinadən xəbər verir ki, bu haqda partiya nümayəndələri bildirib.
Deputatın ölümünü onun bundestaqdan həmkarı Laut Reberq təsdiqləyib.
Məlumata görə, uçuş zamanı 53 yaşlı Ştrents huşunu itirib, təyyarə Dublində təcili eniş edib. Lakin həkimlər ona kömək edə bilməyiblər və artıq öldüyünü müəyyən ediblər.
Karin Ştrents 2009-cu ildən Almaniya parlamentinin üzvü idi və müdafiə məsələləri komitəsində təmsil olunurdu.(vertualaz.org)