Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində, T.Məmmədov küçəsində çay evi adı altında gizli fəaliyyət göstərərək xüsusi karantin rejimi qaydalarını pozan qəlyanxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin və 41-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı və müştəriləri barəsində qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görülüb, onlarla profilaktik söhbətlər aparılıb. Xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi həmin şəxslərin diqqətinə çatdırılıb.
Ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.