Sabunçu rayonunda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb - FOTO

Sabunçu rayonunda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb - FOTO
  • Cəmiyyət

  • Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Sabunçu rayonu ərazisində yerləsən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə rayon polis idarəsinin 12-ci polis şöbəsinə məlumat daxil olub.

    Polis əməkdaşları epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarına əməl etməyən restoranın inzabatçısı, xidmət personalı və təşkilatçılar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görü̈blər.

    Ümumilikdə 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər