Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksesuarları aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksesuarları aşkarlanıb
  • Hadisə

  • Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksesuarları aşkarlanıb.

    Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən LEQAL.AZ-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiyadan “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 8 ədəd “iPhone 12 Pro” markalı mobil telefon, 6 ədəd həmin telefonlara məxsus boş qutu və USB kabel aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər