Gömrükçülər 18 ədəd “iPhone” markalı mobil telefon aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən LEQAL.AZ-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil Olan məlumat əsasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qapısının içində xüsusi düzəldilmiş gizli saxlanc yerindən 18 ədəd “iPhone 12” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.