Bakıda bıçaqlanma hadisəsi baş verib.
LEQAL.AZ xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Alışov Zeynal Asif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyularaq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.