Güclü külək Bakıda daha bir məktəbin dam örtüyünü uçurub - FOTO

Güclü külək Bakıda daha bir məktəbin dam örtüyünü uçurub - FOTO
  • Hadisə

  • Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

    Bu barədə LEQAL.AZ-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər