Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub - FOTO

Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub - FOTO
  • Hadisə

  • Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub. Müvafiq mütəxəssislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb.

    Bu barədə LEQAL.AZ-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, ilkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

    İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər