Xaçmaz rayonunda iki evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs yaxalanıb

Xaçmaz rayonunda iki evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs yaxalanıb
  • Hadisə

  • Xaçmaz rayonunda iki evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs yaxalanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, rayon ərazisindəki iki evdən qızıl-zinət əşyaları və 2500 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Sultanov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

    Faktlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər