Səbail rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, fevralın 11-də saat 13 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini L.Cəfərovanın içərisində 800 manat və 400 ABŞ dolları məbləğində pul, eləcə də sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Ramazanlı rayon polis idarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar araşdırma aparılır.