Boliviyada avtobus dərəyə yuvarlandı - 21 nəfər öldü

Boliviyada avtobus dərəyə yuvarlandı - 21 nəfər öldü
  • Hadisə

  • Latın Amerikası ölkəsi olan Boliviyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

    unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı sərnişin avtobusu 150 metrlik dərəyə yuvarlanıb.

    Kokohabamba şəhərindən Santa-Kruz şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər həyatını itirib, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, qəzanın səbəbləri araşdırılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər