Hindistanda buzlaq sürüşməsi nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

Hindistanda buzlaq sürüşməsi nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb
  • Hadisə / Dünya

  • Hindistanın Uttarakxand ştatında buzlaq sürüşməsinin səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb.

    LEQAL.AZ xəbər verir ki, NDTV telekanalının yerli polis orqanlarına istinadla yaydığı məlumata görə, xilasedicilər indiyədək 62 cəsəd və 28 bədən hissəsi tapıblar. 142 nəfər isə itkin düşmüş sayılır.

    Xatırladaq ki, fevralın 7-də nəhəng buz kütlələrinin sürüşərək Rişiqanq çayına düşməsi qəfil daşqına səbəb olub. Nəticədə çayın üzərindəki su elektrik stansiyası tamamilə dağılıb. Qanq çayının digər qolu üzərində tikilməkdə olan Tapovan elektrik stansiyasında da analoji hadisə yaşanıb.

    Xilasedicilər Tapovan hidroelektrik stansiyasının tikintisində çalışan, daşqın zamanı texniki tuneldə olan 30-35 nəfərin axtarışını davam etdirirlər. Cəsədlər çay boyunca da axtarılır.

    Axtarış əməliyyatlarına milli və yerli xilasedicilər, polislər və hərbçilər cəlb olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər