Türkiyənin Mersin şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
LEQAL.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pozantı-Ankara magistral yolunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində eyni ailədən 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerindən yaralılar dərhal Tarsus dövlət xəstəxanasına yerləşdirilib.
Qəza səbəbindən yolun bir zolağı bağlansa da, az sonra nəqliyyatın gediş-gəlişi tam bərpa olunub.