Bakıda faciəli şəkildə ölən 30 yaşlı Elnurə bank əməkdaşı imiş

Bakıda faciəli şəkildə ölən 30 yaşlı Elnurə bank əməkdaşı imiş
  • Hadisə / Maraqlı

  • Xəbər verildiyi kimi, dekabrın 11-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1994-cü il təvəllüdlü Elnurə Vilayət qızı Abbasova dəm qazından boğularaq vəfat edib.

    Leqal.az Publika.az-a istinadən xəbər verir ki, E.Abbasova “Expressbank”ın əməkdaşı imiş. O, 2 ildən artıq idi ki, bankın marketinq şöbəsində marketinq meneceri vəzifəsində çalışırmış.

    Qeyd edək ki, keçmiş “Qafqaz” Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti) məzunu olan E.Abbasova Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yaşadığı mənzildə bədbəxt hadisənin qurbanı olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər