Bakının Suraxanı rayonu istiqamətində yanğın başlayıb.
Leqal.az xəbər verir ki, yanğından sonra yayılan qatı tüstü paytaxtın, demək olar, bütün ərazilərindən görünür.
İlkin məlumata görə, ərazidəki yanğın neft çənindən başlayıb.
***
FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verir.
Bu barədə Leqal.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.